Maurisio Poçettino “Mançester Yunayted”in baş məşqçisi təyin olunub
İngiltərənin “Mançester Yunayted” klubunun yeni baş məşqçisi müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Qırmızı şeytanlar”ın sükanı arxasına Maurisio Poçettino gətirilib. 54 yaşlı argentinalı mütəxəssis bu vəzifədə Maykl Kerriki əvəzləyib.
Son olaraq ABŞ millisinə rəhbərlik edən Poçettino noyabrın 18-dən yeni vəzifəsinin icrasına başlayacaq.

https://qelebe.az//uploads/photo/maurisio-pochettino-manchester-yunaytedin-bash-meshqchisi-teyin-olunub.webp











