Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirin qalibi bəlli olacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirin qalibi bəlli olacaq

8 Noyabr- Zəfər Günü münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə keçirilən həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində mükafatçılar bəlli olacaq.

"QELEBE.AZ" xəbər verir ki, noyabrın 6-da ilk olaraq üçüncü yer uğrunda görüş baş tutacaq.

Saat 09:30-da "Ardanış" və "Ada Təpə" komandaları üz-üzə gələcək. Daha sonra final qarşılaşması gerçəkləşəcək. "Göyçə" "Novoivanovka" ilə münasibətlərə aydınlıq gətirəcək.

Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı futbolçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı" və “ən gənc oyunçu”, "veteran oyunçu" və "ən nümunəvi komanda" nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.

İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov "Ardanış", Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edir.

“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini "QELEBE.AZ" İnformasiya Agentliyi və Rakurs.az saytı verir.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Futbol
"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

Futbol
Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək

Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək

Futbol
Avropa Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Avropa Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Futbol
İbrahima Vadji "Qarabağ"la və azarkeşlərlə vidalaşıb

İbrahima Vadji "Qarabağ"la və azarkeşlərlə vidalaşıb

Futbol
KİV: “Qarabağ”ın futbolçusu Macarıstan klubuna keçəcək

KİV: “Qarabağ”ın futbolçusu Macarıstan klubuna keçəcək

Futbol
FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

Futbol
"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

Futbol
Çempionlar Liqası: Dörd komanda pley-offa vəsiqəni təmin edə bilər

Çempionlar Liqası: Dörd komanda pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Arno Paypers: "Bakıda Azərbaycan millisinə qarşı oynamaq çətin deyil"

Arno Paypers: "Bakıda Azərbaycan millisinə qarşı oynamaq çətin deyil"

Futbol
Avropa Liqası: "Qarabağ" "Nant"la oyunda hesabı bərabərləşdirib

Avropa Liqası: "Qarabağ" "Nant"la oyunda hesabı bərabərləşdirib

Futbol
Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb

Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb

Futbol
ABŞ-Uels oyunu başlayıb

ABŞ-Uels oyunu başlayıb