Premyer Liqa: De Zerbi ötən ayın ən yaxşısı seçilib
İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı baş məşqçisi müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, bu ada "Tottenhem"i çalışdıran Roberto De Zerbi layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
London təmsilçisi ölkə çempionatında oktyabrda keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.
Qeyd edək ki, "Tottenhem" Premyer Liqada 10 turdan sonra 12 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsindəqərarlaşıb.

https://qelebe.az//uploads/photo/premyer-liqa-de-zerbi-oten-ayin-en-yaxshisi-sechilib.webp