Yığmamız Omanla qarşılaşacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoxlama oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv noyabrın 14-də və 17-də saat 17:00-da Omanın U-23 milli komandası ilə üz-üzə gələcək.
“Bank Respublika Arena”da baş tutacaq oyunlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

https://qelebe.az//uploads/photo/yigmamiz-omanla-qarshilashacaq.webp