Nikolas Cekson Premyer Liqada ayın futbolçusu seçildi

Nikolas Cekson Premyer Liqada ayın futbolçusu seçildi

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az xəbər verir ki, bu ada "Aston Villa"nın hücumçusu Nikolas Cekson layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Seneqallı forvard ekspertlərin və azarkeşlərin səslərinə əsasən hamını qabaqlayıb.

Qeyd edək ki, Nikolas Cekson oktyabrda İngiltərə Premyer Liqasında meydana çıxdığı 2 matçda 3 qol vurub.