Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

"Ötən il ilk dəfə dünya çempionatında iştirak edirdim. Hədəfim fəxri kürsüyə qalxmaq idi. Bura isə yalnız qızıl medal üçün gəlmişdim".

"Report"un məlumatına görə, bunu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 92 kq çəki dərəcəsində bürünc medal qazanmış Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə müsahibəsində deyib.

Dağıstan əsilli pəhləvan ciddi rəqiblərə qalib gəldiyini bildirib: "Təəssüf ki, yenə yarımfinalda uduzdum. Səhvlərin üzərində işləmək lazımdır".

Nurməhəmmədov ona hər zaman dəstək olan və inanan Azərbaycan xalqına, Azərbaycan Güləş Federasiyasına və məşqçilərə təşəkkürünü bildirib: "Onlar ilboyu bizə kömək edərək, üzərimizdə işləyirlər. Həmçinin, bizə dəstək olan azarkeşlərə "çox sağ olun" demək istəyirəm. Komandamız hələ gəncdir, böyük uğurlarımız irəlidədir. Ceyden Koksla ilk dəfə qarşılaşırdım. Lakin onunla ünsiyyətdə olurdum, tanış idik. Arzum onunla güləşmək idi. İkiqat dünya çempionudur, fiziki cəhətdən güclü idi. Mən sürət və texnika sarıdan ondan geri qalmıram. Sadəcə, fiziki gücümü bir qədər də artırmalıyam. Bundan sonra isə dünya çempionu ola bilərəm".

İstedadlı pəhləvan qarşıdakı hədəflərindən də danışıb: "Qarşıda bizi lisenziya xarakterli dünya çempionatı və hamı üçün vacib olan olimpiada gözləyir. İnanıram ki, hazırlaşaraq, yaxşı nəticə göstərəcəyik. Olimpiya çəki dərəcəsinə keçməyi düşünürəm. Lakin hansı kateqoriyada güləşəcəyimə hələ qərar verməmişəm. Bunu gələn il görəcəksiniz".

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Fərdi
Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Fərdi
FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

Fərdi
Milli Paralimpiya Komitəsində yeni kadr təyinatı olub

Milli Paralimpiya Komitəsində yeni kadr təyinatı olub

Fərdi
Rəşad Nəbiyev dünya çempionatında iştirak edəcək cüdoçularla görüşüb

Rəşad Nəbiyev dünya çempionatında iştirak edəcək cüdoçularla görüşüb

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Fərdi
Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Fərdi
Günay Məmmədzadə Çində mübarizə aparacaq

Günay Məmmədzadə Çində mübarizə aparacaq

Fərdi
Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Fərdi
Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Fərdi
Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"