“Qarabağ” Abbas Hüseynovla yollarını ayırdı - RƏSMİ
“Qarabağ”da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Abbas Hüseynov komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, müdafiəçi ilə müqaviləyə xitam verilib.
Qeyd edək ki, Abbas Hüseynov 2017-ci ildən “Qarabağ”da çıxış edirdi. O, Ağdam klubu ilə 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.

https://qelebe.az//uploads/photo/qarabag-abbas-huseynovla-yollarini-ayirdi-resmi.webp