İspaniya futbolunda qalmaqal: Qapıçı rəqibinə yumruq atdı - VİDEO

İspaniya futbolunda qalmaqal: Qapıçı rəqibinə yumruq atdı - VİDEO

İspaniya II Liqasının XXXVII turu çərçivəsində “Real Zaraqoza” səfərdə “Ueska”ya minimal hesabla məğlub olub – 0:1.

Apasport.az xəbər verir ki, matçın sonlarına yaxın meydanda insident baş verib.

Belə ki, qonaqların qapıçısı Esteban Andrada ev sahiblərinin futbolçusu Xorxe Pulidonu itələyib. Oyunun baş hakimi bu hərəkətə görə argentinalı qolkiperi qırmızı vərəqə ilə cəzalandırıb.

35 yaşlı futbolçu bundan sonra əsəblərinə hakim ola bilməyib və rəqibinin üzünə yumruqla zərbə endirib.

Həmin anları sizə təqdim edirik: