Yüksək Liqada IX turun növbəti oyunları keçiriləcək

Yüksək Liqada IX turun növbəti oyunları keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun növbəti oyunları keçiriləcək.

Apaspor.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.

Saat 16:00-da "Azərreyl" "Gənclər"lə üz-üzə gələcək. 18:00-da isə "Abşeron" ilə "Gəncə" münasibətləri aydınlaşdıracaq.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.