"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

"Üçüncü yerlə qane ola bilmərəm. Məqsədimiz ilk pillələrdə olmaqdır".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Lautentsiu Regekampf evdə "Şamaxı"ya 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı çalışdırıcı bildirib ki, "Zirə"yə qarşı kubok oyunundan sonra komandada yorğunluğun olması normaldır: "Yaxşı oyun oldu, 3 xal qazandıq. Bu görüş bizim üçün çox vacib idi. Qələbəyə görə çox sevinirəm. Uşaqlar mübarizə apardılar və qələbə qazandıq".

47 yaşlı mütəxəssis yaranan qış fasiləsindən sonra daha güclü olacaqlarına inanır: "Ümid edirəm ki, qış fasiləsi bizə təsir etməz. Əksinə, bu cür matçdan sonra 10 günlük istirahət lazımdır ki, hamı ailəsi ilə vaxt keçirsin. Daha yaxşı qayıtmalıyıq. İnanıram ki, toplanışdan sonra daha güclü "Neftçi" olacaq. Açar oyunçularımız zədəlidir. Onların dönüşü və yeni gələnlərlə daha yaxşı olacağıq".

O, yanvarda az sayda oyunçu alacaqlarını deyib: "Hansı mövqedə güclənməliyiksə, ora oyunçu gətirəcəyik. 3-4 nəfərdən çox futbolçu dəyişmək olmur. Hər yeni gələnin davamlılığa ehtiyacı var. Komandanın gücünə güc qatmağa çalışmalıyıq. Oyunçu sayını artırmaq üçün transfer etməyəcəyik. Rəhbərliklə transfer məsələlərini analiz edirik. Həmçinin, maliyyə baxımdan Müşahidə Şurası ilə danışırıq. Bizdən birdən-birə 10 oyunçu dəyişməyi gözləməyin".

Çalışdırıcı hücumçu Qodsvey Donyonun çıxışını da dəyərləndirib: "Donyo yeni oyunçudur, komandaya yayda qoşulub. Onun keyfiyyətinə bələdik. Uyğunlaşması üçün zamana ehtiyacı var. Bizimlə müqaviləsi davam edir. Donyo yaxşı futbolçudur".

Futbol
Şahin Diniyev Mahmud Qurbanovun qərarını ləğv edib: 3 futbolçu “Səbail”də qalacaq

Şahin Diniyev Mahmud Qurbanovun qərarını ləğv edib: 3 futbolçu “Səbail”də qalacaq

Futbol
Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Futbol
Qurban Qurbanov: "Bu gün fikir bildirmək asan deyil"

Qurban Qurbanov: "Bu gün fikir bildirmək asan deyil"

Futbol
“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

Futbol
Messi: “Bəhanəmiz yoxdur"

Messi: “Bəhanəmiz yoxdur"

Futbol
"Olimpiakos" komandası Bakıya yola düşüb

"Olimpiakos" komandası Bakıya yola düşüb

Futbol
Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Futbol
"Olimpiakos"un daha bir müdafiəçisi "Qarabağ"la oyundan əvvəl zədələnib

"Olimpiakos"un daha bir müdafiəçisi "Qarabağ"la oyundan əvvəl zədələnib

Futbol
Çempionlar Liqası: "Barselona" "İnter"lə, "Napoli" "Ayaks"la qarşılaşacaq

Çempionlar Liqası: "Barselona" "İnter"lə, "Napoli" "Ayaks"la qarşılaşacaq

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Futbol
Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”

Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”