DÇ-2026: Uruqvay, Boliviya və Braziliyadan qələbə
2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyunlar baş tutub.
QELEBE.AZ xəbər verir ki, 5 qarşılaşma baş tutub.
Boliviya yığması Çilini 2:0 hesabı ilə məğlub edib. Uruqvay-Venesuela qarşılaşması da eyni nəticə ilə başa çatıb - 2:0.
Argentina Kolumbiya millisi ilə heç-heçə edib - 1:1. Peru - Ekvador görüşündə hesab açılmayıb.
Braziliya isə minimal hesabla Paraqvaydan üstün olub - 1:0.

https://qelebe.az//uploads/photo/dch-2026-uruqvay-boliviya-ve-braziliyadan-qelebe.webp