Qelebə.az / DÇ-2026: Uruqvay, Boliviya və Braziliyadan qələbə

DÇ-2026: Uruqvay, Boliviya və Braziliyadan qələbə

11-06-2025, 08:43

2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyunlar baş tutub.

QELEBE.AZ xəbər verir ki, 5 qarşılaşma baş tutub. 

Boliviya yığması Çilini 2:0 hesabı ilə məğlub edib. Uruqvay-Venesuela qarşılaşması da eyni nəticə ilə başa çatıb - 2:0. 

Argentina Kolumbiya millisi ilə heç-heçə edib - 1:1. Peru - Ekvador görüşündə hesab açılmayıb. 

Braziliya isə minimal hesabla Paraqvaydan üstün olub - 1:0. 

Geri qayıt