Azərbaycan millisinin üzvü Gümüş Avropa Liqasının ilk oyunlarındakı şansları dəyərləndirib

Azərbaycan millisinin üzvü Gümüş Avropa Liqasının ilk oyunlarındakı şansları dəyərləndirib

Azərbaycan millisinin voleybolçusu Mərdan Məmmədov Gümüş Avropa Liqasının ilk turunda keçirəcəkləri oyunlardan öncə şansları dəyərləndirib.

Blokçu bu barədə “Report”a açıqlama verib.

O, qarşılaşacaqları rəqiblərdən İsveç yığmasının daha təcrübəli olduğunu söyləyib:

“Bu il komandamız əsasən gənc oyunçulardan təşkil olunub. Heyətdə bir neçə təcrübəli voleybolçular da var. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Hər kəs həyəcanla oyunları gözləyir. Gürcüstanda keçirdiyimiz hər iki yoxlama görüşündə qalib gəldik. Bu qələbələr bizim üçün çox önəmlidir. Çünki Gürcüstanla Gümüş Avropa Liqasının ilk turunda qarşılaşacağıq. Eyni zamanda meydan sahibləri - İsveç yığması ilə görüşəcəyik. Bu kollektiv daha təcrübəli oyunçulardan təşkil olunub. Ümid edirəm ki, yaxşı oyun göstərib qələbə qazana bilərik”.

Qeyd edək ki, Azərbaycan millisi Gümüş Avropa Liqasında ilk oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Fərid Cəlalovun rəhbərlik etdiyi kollektivin rəqibləri ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.

Komanda
Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Komanda
"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

Komanda
Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Komanda
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Komanda
Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Komanda
Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Komanda
"ABU Arena"nın adı dəyişdirilir

"ABU Arena"nın adı dəyişdirilir

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
İtaliya voleybol yığması dördqat dünya çempionu olub

İtaliya voleybol yığması dördqat dünya çempionu olub

Komanda
ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub