Qurban Qurbanov: "Azərbaycan Kubokunun final matçı hamı üçün vacibdir" 

Qurban Qurbanov: "Azərbaycan Kubokunun final matçı hamı üçün vacibdir" 

Azərbaycan Kubokunun final matçı hamı üçün vacibdir.

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Oyun neytral meydanda baş tutacaq. Yaxşı oyun sərgiləmək niyyətindəyik. Kubok əlavə prestijdir. Finalda da yaxşı nəticə əldə etmək istəyirik. "Sabah" yaxşı təşkilatlanmış komandadır. İddalıdırlar. Premyer Liqada beşinci yeri tutmağa layiq deyildilər. Daha yuxarı pillələrdə ola bilərdilər. Qarşımızda möhkəm komanda olacaq. Onlara qarşı oynamaq xoşdur. Hər iki komandaya uğurlar arzulayıram'.

Q.Qurbanov rəqiblərin onlara qarşı müdafiədə səliqəli oynadığını vurğulayıb: 

"Çempionatın qalibi olmuşuq. Oyunçular hər zaman liderə qarşı istəkli olurlar. Biz də futbolçu olduğumuz dönəmdə bunu yaşamışıq. Avrokubokda iddialı klubla qarşılaşanda motivasiyamız yüksək olur. Məncə, "Sabah"la aramızda elə də böyük fərq yoxdur". 

O, Sumqayıtda həmişə futbola böyük maraq olduğunu söyləyib:

"Futbolçular üçün də orada oynamaq xoş olacaq".

Mütəxəssis penaltilər seriyasına ciddi hazırlıq görmədiklərini deyib:

"Bəzi məşqlərdə buna şərait yaradırıq".

Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.

Futbol
Mahir Emreli "Dinamo"nun heyətində növbəti qələbəyə sevinib

Mahir Emreli "Dinamo"nun heyətində növbəti qələbəyə sevinib

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Futbol
Maksim Medvedev: "Avropa Liqası Azərbaycan çempionatı deyil"

Maksim Medvedev: "Avropa Liqası Azərbaycan çempionatı deyil"

Futbol
“Səbail”in neçə futbolçu transfer edəcəyinə aydınlıq gəlib

“Səbail”in neçə futbolçu transfer edəcəyinə aydınlıq gəlib

Futbol
Çexiya klubunun məşqçisi: “Azərbaycan komandasından yaxşı oynadıq”

Çexiya klubunun məşqçisi: “Azərbaycan komandasından yaxşı oynadıq”

Futbol
Avropa Liqası: “Qarabağ”qrupda son oyununu keçirəcək

Avropa Liqası: “Qarabağ”qrupda son oyununu keçirəcək

Futbol
Yurgen Klopp Çempionlar Liqasında yeni rekorda imza atıb

Yurgen Klopp Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

Futbol
Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Futbol
AVRO-2024: Almaniya millisinin hazırlığına nəzarət edəcək xüsusi komitə yaradılıb

AVRO-2024: Almaniya millisinin hazırlığına nəzarət edəcək xüsusi komitə yaradılıb

Futbol
Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Futbol
İlqar Nadiri: "Stadion məsələsi ən yaralı yerimizdir"

İlqar Nadiri: "Stadion məsələsi ən yaralı yerimizdir"