Maksim Medvedev: "Avropa Liqası Azərbaycan çempionatı deyil"

Maksim Medvedev: "Avropa Liqası Azərbaycan çempionatı deyil"

"Hamı oyunun önəmini başa düşürdü. Matça çox yaxşı hazırlaşmışdıq. Amma meydanda nə qədər vuruşsaq da. bəzi şeylər alınmırdı".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Maksim Medvedev Bakıda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

33 yaşlı müdafiəçi qol epizodlarından istifadə edə bilmədiklərini söyləyib: "Ümumi götürəndə komanda əlindən gələni etdi. Nə bcarırdısa, onu göstərdi".

Təcrübəli oyunçu görüşün baş hakimi Aleksey Kulbakovun "Qarabağ"a antipatiyasının olduğunu bildirib: "Ən azı kənardan belə görünürdü. Qol vururuq, saymır, VAR-a baxır. Sonra penalti epizodu oldu. Nəticədə bir az stressə girdik və kobud oynamağa başladıq. Bu səbəbdən Kevin Medina qırmızı vərəqə aldı. Bununla belə, sonadək mübarizə apardıq. Azlıqda qalsaq da, bərabərlik qolunu vura bildik".

Medvedev öz oyunları ilə yanaşı, Yunanıstanda "Olimpiakos" və Fransa "Nant"ı arasında keçirilən digər qarşılaşma ilə də maraqlandıqlarını vurğulayıb: "İlk hissədə hesab açılmamışdı. Matçdan öncə baş məşqçi tapşırmışdı ki, həmin oyun necə bitməsinin bizim üçün fərqi yoxdur. Qalib gəlsəydik, digər nəticənin önəmi qalmırdı".

Onun sözlərinə görə, 1/8 finala çıxmalarına bəxt amili mane olub: "Qol imkanlarından daha yaxşı istifadə edə bilsəydik, qrupdan 1-ci yerlə də çıxa bilərdik. Avropa Liqası Azərbaycan çempionatı deyil. Bura başqa səviyyədir. Bir səhvə görə rəqib səni cəzalandıra bilər".

Futbolçu Konfrans Liqasının pley-offuna vəsiqə qazanmalarının uğursuzluq kimi qələmə verilməsinə də toxunub: "Azarkeşləri də başa düşmək olar. Bunu biz özümüz etmişik. Avrokuboklarda qruplara düşdükdən sonra fanatlar daha çox şey istəyirlər. Biz də bunu arzulayırıq. İrəli getmək üçün çox əziyyət çəkirik. Təəssüf ki, bəzi şeylər çatmır. İlboyu bu tempdə oynasaq, daha böyük nəticələrdən danışa bilərik. "Nant"la oyun üçün Fransaya getdik, ardınca Şamaxıya gəlib süni örtükdə oynadıq. Çox ciddi səviyyə fərqi var. Bu səbəbdən uyğunlaşa bilmirik. Səfərlər çox uzun olur. Bu cür xırda məqamlar irəli getməyə imkan vermir. Öz üzərimizdə daha çox işləməli, kimlərə qarşı oynadığımızı dərk etməliyik. Gələcəkdə daha yaxşı komanda görəcəyik".

Futbol
Şotlandiya klubu Çempionlar Liqasında antirekordu yeniləyib

Şotlandiya klubu Çempionlar Liqasında antirekordu yeniləyib

Futbol
Çempionlar Liqası: IV turun nəticələri

Çempionlar Liqası: IV turun nəticələri

Futbol
Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Futbol
UEFA: AVRO-da komanda sayı artmayacaq

UEFA: AVRO-da komanda sayı artmayacaq

Futbol
ABŞ millisinin futbolçusu 5 dollara görə saxlanılıb

ABŞ millisinin futbolçusu 5 dollara görə saxlanılıb

Futbol
Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"

Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"

Futbol
Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Futbol
Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Futbol
“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

Futbol
FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

Futbol
“Mançester Siti” 2022-ci ilin ən yaxşı komandası olub

“Mançester Siti” 2022-ci ilin ən yaxşı komandası olub

Futbol
Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib