"Qəbələ"nin baş məşqçisi: "Komanda "Qarabağ"la oyunda xarakter göstərdi"

"Qəbələ"nin baş məşqçisi: "Komanda "Qarabağ"la oyunda xarakter göstərdi"

"Komanda xarakter göstərdi, matça yaxşı kökləndiyini hiss etdirə bildi. 90 dəqiqə layiqli mübarizə apardıq və bu cür komandaya qarşı sonadək vuruşduq".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis matçın ağır keçdiyini söyləyib: "Əslində çətin olacağını bilirdik. Demək olar ki, 2 həftə ərzində üçüncü dəfə “Qarabağ”la qarşılaşırdıq. Futbolçuları motivasiya etmək, mikrozədələri aradan qaldırmaq böyük güc tələb edir".

O bildirib ki, heyət geniş olmadığı üçün Rövlan Muradov müdafiədə oynayıb: "Əvəzetmə zamanı da bəzən məcburiyyətdən belə alınır. Buna görə narahat deyilik. Komandanın xarakteri var və bunu dəfələrlə göstərib".

Baxşıyev hazırda avrokuboklar haqqında düşünmədiklərini vurğulayıb: "Premyer Liqada ilin son oyunu qalıb və ona köklənməliyik. Çalışacağıq ki, həm çempionat, həm kubokda uğurla çıxış edək".

Qeyd edək ki, "Qəbələ" və "Qarabağ" komandaları arasında Bakıda keçirilmiş ilk oyunu 2:2 hesabı ilə başa çatdığından "qırmızı-qaralar" ev qələbəsi hesabına yarımfinala adlayıb.

Futbol
Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Futbol
Tomas Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər

Tomas Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər

Futbol
Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Futbol
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Futbol
Laurentsiu Regekampf: "Çox asan qollar buraxdıq, belə olmamalı idi"

Laurentsiu Regekampf: "Çox asan qollar buraxdıq, belə olmamalı idi"

Futbol
Rahim Sterlinqin Londondakı evi qarət edilib

Rahim Sterlinqin Londondakı evi qarət edilib

Futbol
"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

Futbol
DÇ-2022: Çili Futbol Federasiyası FIFA-nın qərarına görə CAS-a şikayət edib

DÇ-2022: Çili Futbol Federasiyası FIFA-nın qərarına görə CAS-a şikayət edib

Futbol
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

Futbol
"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini açıqlayıb

"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini açıqlayıb

Futbol
Pele xəstəxanaya yerləşdirilib

Pele xəstəxanaya yerləşdirilib