“Sabah” autsayderlə üz-üzə - YENİLƏNİR

“Sabah” autsayderlə üz-üzə - YENİLƏNİR

Misli Premyer Liqasının XIII turunda bu gün daha bir qarşılaşma keçiriləcək.

Apasport.az xəbər verir ki, son ölkə çempionu “Sabah” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.

Mərdəkandakı “Sabah Arena”da keçiriləcək görüşü Vüqar Həsənli idarə edəcək.

Rəqibindən bir oyun az keçirən paytaxt təmsilçisi 24 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Naxçıvan klubu isə 4 xalla sonuncu – 12-ci sıradadır.

Misli Premyer Liqası

XIII tur

28 noyabr

19:00. “Sabah” – “Araz-Naxçıvan”

Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov

VAR: Əli Əliyev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Sabah Arena”