AFFA Hakimlər Komitəsinin sədri Azərbaycan Kubokunun yarımfinalında yaşanan mübahisəli epizodları şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Azərbaycan Kubokunun yarımfinalında yaşanan mübahisəli epizodları şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında qeydə alınan mübahisəli epizodları şərh edib.

"Report" xəbər verir ki, o, “Araz-Naxçıvan” – “Qarabağ” görüşündə Ağdam təmsilçisinin qapısına təyin olunan penaltini haqlı hesab edib:

“Araz-Naxçıvan”ın yerinə yetirdiyi künc zərbəsi zamanı top yaxın dirəyə tərəf ötürülür. Bu komandanın futbolçusu İssuf Paro sağ ayağı ilə topla oynayır. Onun arxasında olan Yassin Benzia topa toxunmadan “Araz-Naxçıvan”ın üzvünün sağ ayağına zərbə vurur. Baş hakim oyunu davam etdirir. VAR müdaxilə edərək, baş hakimi epizodu izləməyə dəvət edir. Təkrar görüntülərə baxdıqdan sonra hakim “Araz-Naxçıvan”ın lehinə penalti təyin edir. Hakimin penalti qərarı doğrudur".

Təcrübəli mütəxəssis “Neftçi” – “Sabah” matçındakı penalti epizodunda da baş hakimin doğru qərar qəbul etdiyini söyləyib:

“Sabah”ın üzvü Tellur Mütəllimov cərimə meydanında “Neftçi”nin oyunçusu Ağadadaş Salyanskinin ayağına arxadan zərbə endirdi. Hakimin penalti qərarını dəstəkləyirik".

Komitə sədri həmin matçda "Sabah"ın futbolçusu Coy Lens Mikelsə qarşı aşkar kobudluğun olduğunu deyib:

“Sabah”ın hücumu zamanı top Coy Lens Mikels çatır. O, cərimə meydanı daxilində qapı xəttinə doğru hərəkət edir və topa zərbə vurur. Hücumçu topu vurduqdan sonra “Neftçi”nin oyunçusu Yuri Matias gecikərək onun ayağına təmas edir. Hakim oyunu davam etdirir və “Sabah”ın xeyrinə künc zərbəsi təyin edir. Hücumçunun ayağına təmas aşkar şəkildə görünür. Buna görə də biz penalti və VAR müdaxiləsini gözləyirdik".

Futbol
Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Futbol
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Futbol
Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Futbol
UEFA Çempionlar Liqasında 1/8 finala yüksələnlər məlum olub

UEFA Çempionlar Liqasında 1/8 finala yüksələnlər məlum olub

Futbol
"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub

"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub

Futbol
Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Futbol
"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

Futbol
Portuqaliyalı qapıçı Çempionlar Liqasının tarixinə düşüb

Portuqaliyalı qapıçı Çempionlar Liqasının tarixinə düşüb

Futbol
Portuqaliya millisinin baş məşqçisi: "Ronaldu ehtiyatda qaldığı üçün narazı idi"

Portuqaliya millisinin baş məşqçisi: "Ronaldu ehtiyatda qaldığı üçün narazı idi"

Futbol
Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Futbol
"Turan Tovuz" İsveçrə klubuna qalib gəlib

"Turan Tovuz" İsveçrə klubuna qalib gəlib