Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

"Qarşılaşma pis alınmadı. Bu matçın faydası mənim üçün daha çox olacaq. Meydanda çatışmazlıqları görəndə bunun üzərində işləmək asılı olur.

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Polşa "Rakuv"una 0:3 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra Peşəkar Futbol Liqasının yutub kanalına açıqlamasında deyib.

51 yaşlı mütəxəssis matçın ağır alındığını bildirib: "İlk dəqiqələrdən gördük ki, rəqib bizdən daha hazırlıqlıdır. Polşa çempionatının lider olmaları hiss edilirdi. maraqlı komandadır. Bu cür matçlarda hazırlıq səviyyəsi oyuna böyük təsir edir. Futbolçularım yorğun idilər. Bu da normaldır. İlk matçlarda adətən daha zəif kollektivlərlə oynamağa üstünlük veririk. Amma vaxtı azlığı və "Gent"lə oyunu nəzərə alıb bu rəqibi seçdik. Futbolçular çox əziyyət çəkdilər. Qarşıdakı günlərdə detalların üzərində işləyəcəyik".

O, yeni transfer Adama Diakabinin debüt oyunu barədə də danışıb: "Çoxdandır oynamır. İdman formasını qaytarmaq çox çətin olacaq. Oyun ritminə düşmək üçün vaxt lazımdır. Ehtiyatlı olmalıyıq, tələssək, futbolçu "yana" bilər. Proqramlı şəkildə hazırlamağa çalışacağıq. Bacarıqlı futbolçudur. İnanıram ki, bizə çox faydası çox olacaq. Onu əvvəlki formasına qaytarmağa çalışacağıq".

Qurbanov fransalı hücumçunun qış fasiləsində son transfer olmadığını söyləyib: "Aktiv şəkildə işləyirik. Bu yaxınlarda başqa transfer də olmalı idi. Son anda alınmadı. Ön xətt oyunçusu idi. İşlər davam edir. Son günədək çalışacağıq ki, heyətimizi gücləndirək".

Mütəxəssis bu mövsüm futbolçularının az istirahət etdiyini vurğulayıb: "Daha 10 günə ehtiyacımız var idi. Amma vaxt çatmadı. Burada fiziki yorğunluqla yanaşı, psixoloji gərginliyi də nəzərə almaq lazımdır. Tam istirahət edə bilmədilər. Onların kefini açmağa çalışırıq. İstəyirik ki, daha da peşəkarlaşsınlar. Ona görə də bu cür yükləmələrə dözməliyik. Bu gün həmin yorğunluq hiss olunurdu. Bu səbəbdən hazırlıq prosesimizdə müəyyən dəyişikliklər var. Gücümüzü artırmaq üçünd dayanmırıq".

Futbol
DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

Futbol
"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub

"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub

Futbol
“Neftçi” serbiyalı müdafiəçini transfer etmək istəyir

“Neftçi” serbiyalı müdafiəçini transfer etmək istəyir

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Futbol
Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Futbol
Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb

Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb

Futbol
AFFA PFL və klublara top verib

AFFA PFL və klublara top verib

Futbol
Qurban Qurbanov: "Şahruddin Məhəmmədəliyev çox dilxordur"

Qurban Qurbanov: "Şahruddin Məhəmmədəliyev çox dilxordur"

Futbol
Azərbaycan Premyer Liqası: İkinci dövrə heç-heçə ilə başlayıb

Azərbaycan Premyer Liqası: İkinci dövrə heç-heçə ilə başlayıb

Futbol
"Qarabağ" və "Qəbələ" azarkeş təhqirlərinə görə cərimələnib

"Qarabağ" və "Qəbələ" azarkeş təhqirlərinə görə cərimələnib

Futbol
"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

Futbol
Niderland millisinin futbolçusu "Liverpul"a keçib

Niderland millisinin futbolçusu "Liverpul"a keçib