Azərbaycanın güləş üzrə U-17 və U-20 milliləri bu il Avropa və dünya çempionatlarında 9 medal qazanıb
Azərbaycanın güləş üzrə qadınlardan ibarət U-17 və U-20 milliləri 2024-cü ildə Avropa və dünya çempionatlarında 9 medal qazanıb.
Güləş Federasiyasının mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, yeniyetmə və gənc qızlar bu mühüm yarışlarda ümumilikdə 1 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər.
Qeyd edək ki, ötən il keçirilmiş analoji yarışlarda bu növdə cəmi 5 (2 gümüş, 3 bürünc) medal qazanılmışdı.

https://qelebe.az//uploads/photo/azerbaycanin-gulesh-uzre-u-17-ve-u-20-millileri-bu-il-avropa-ve-dunya-chempionatlarinda-9-medal-qazanib.webp











