Avropa Liqası: "Qarabağ" "Bayer 04"lə oyunda ikinci qolu vurub - YENİLƏNİB - 6

Avropa Liqası: "Qarabağ" "Bayer 04"lə oyunda ikinci qolu vurub - YENİLƏNİB - 6

"Qarabağ" Almaniyada "Bayer 04"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ikinci qolu vurub.

"Report"un məlumatına görə, 67-ci dəqiqədə Olavio Juninyo növbəti dəfə meydan sahiblərini məyus edib.

Hazırda Azərbaycan çempionu 2:0 hesabı ilə öndədir.

01:22

"Qarabağ" Almaniyada "Bayer 04"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda azlıqda qalıb.

"Report"un məlumatına görə, Elvin Cəfərquliyev 62-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Azərbaycan çempionu hazırda hesabda öndədir - 1:0.

01:17

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Azərbaycan çempionu meydan sahiblərini məyus edib.

58-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

00:47

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

00:00

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu başlayıb.

"Report"un məlumatına görə, Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.

22:50

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Bayer 04": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka.

"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo.

Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki "BayArena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.

Futbol
“Neft Daşları”nda “Neftçi” Futbol Klubu ilə neftçilər arasında yoldaşlıq görüşü keçirilib

“Neft Daşları”nda “Neftçi” Futbol Klubu ilə neftçilər arasında yoldaşlıq görüşü keçirilib

Futbol
Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gələrək 4-cü pilləyə yüksəlib

Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gələrək 4-cü pilləyə yüksəlib

Futbol
Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Futbol
Rusiya Futbol İttifaqı UEFA-ya illik üzvlük haqqını ödəyib

Rusiya Futbol İttifaqı UEFA-ya illik üzvlük haqqını ödəyib

Futbol
Rusiya Kubokunun oyunu səfərbərliyə görə baş tutmaya bilər

Rusiya Kubokunun oyunu səfərbərliyə görə baş tutmaya bilər

Futbol
"Milan" İtaliya çempionatında turun açılış matçında xal itirib

"Milan" İtaliya çempionatında turun açılış matçında xal itirib

Futbol
Mirbağır İsayev futboldan kənarlaşdırılıb

Mirbağır İsayev futboldan kənarlaşdırılıb

Futbol
Milli komandanın 25 futbolçusu bioloji yaş testindən keçməkdən imtina edib

Milli komandanın 25 futbolçusu bioloji yaş testindən keçməkdən imtina edib

Futbol
“Sabah” və “Şamaxı”nın futbolçuları iki oyunluq cəzalandırılıblar

“Sabah” və “Şamaxı”nın futbolçuları iki oyunluq cəzalandırılıblar

Futbol
İtaliya klubu Şevçenkonu qovduqdan 9 ay sonra onunla müqaviləni pozub

İtaliya klubu Şevçenkonu qovduqdan 9 ay sonra onunla müqaviləni pozub

Futbol
"Qarabağ"ın rəqibi afrikalı hücumçu transfer edib

"Qarabağ"ın rəqibi afrikalı hücumçu transfer edib

Futbol
"Qəbələ"nin legioneri virusa yoluxub

"Qəbələ"nin legioneri virusa yoluxub