"İmişli"nin yay hazırlıq planı bəlli oldu

"İmişli"nin yay hazırlıq planı bəlli oldu

“İmişli” 2026/2027 mövsümünə hazırlıq proqramını müəyyənləşdirib.

Apasport.az xəbər verir ki, klub iyulun 8-dən məşqlərə start verib.

Komanda hazırlığın ilk mərhələsini iyulun 27-dək BOS-un yardımçı meydançasında keçirəcək. Bu müddətdə “İmişli” iyulun 17-də “Şəfa”, iyulun 21-də “Qarabağ-2”, iyulun 24-də isə “Araz-Naxçıvan”la yoxlama görüşlərində qüvvəsini sınayacaq.

İyulun 27-də kollektiv Yevlaxa yollanacaq və ertəsi gün “Karvan”la üz-üzə gələcək. Daha sonra komanda Qəbələdə hazırlığın ikinci mərhələsinə başlayacaq. Təlim-məşq toplanışı avqustun 3-dək davam edəcək. Bu mərhələdə iyulun 31-də “Qəbələ”, avqustun 3-də isə “Sumqayıt”la yoxlama oyunları keçiriləcək.

“İmişli” yay hazırlığı çərçivəsində son sınaq matçını avqustun 8-də Bakıda keçirəcək. Həmin görüşdəki rəqibin adına daha sonra aydınlıq gətiriləcək.