“Trabzonspor”un qapıçısı avtomobil qəzasına düşüb

“Trabzonspor”un qapıçısı avtomobil qəzasına düşüb

“Trabzonspor”un ulduz qapıçısı Andre Onana “Harts”la oyundan sonra evinə qayıdarkən yol-nəqliyyat hadisəsi ilə üzləşib.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Kamerunlu qapıçının avtomobili Yomra rayonunda zəncirvari qəza iştirakçısı olub.

Məlumata görə, arxadan gələn avtomobil Onananın idarə etdiyi maşına çırpılıb. Zərbənin təsirindən futbolçunun avtomobili də öndəki nəqliyyat vasitəsinə dəyib və nəticədə zəncirvari qəza baş verib.

Hadisə zamanı Onananın və ailə üzvlərinin səhhətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, "Trabzonspor" - "Harts" matçı ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.