Qrinvud rəsmən "Fənərbaxça"da - İstanbul nəhəngindən böyük transfer

Qrinvud rəsmən "Fənərbaxça"da - İstanbul nəhəngindən böyük transfer

İngiltərəli hücumçu Meyson Qrinvud karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, "Fənərbaxça" futbolçunun transferini rəsmən açıqlayıb.

İstanbul təmsilçisi Qrinvudla 4 illik müqavilə imzalayıb.

"Fənərbaxça" bu keçid üçün Fransanın "Marsel" klubuna 39 milyon avro ödəyəcək.

Qeyd edək ki, 24 yaşlı hücumçu ötən mövsüm "Marsel"in heyətində bütün turnirlərdə 44 oyunda 26 qol vurub, 11 məhsuldar ötürmə verib.

O, daha əvvəl "Mançester Yunayted" və icarə əsasında "Xetafe"nin də formasını geyinib.