“Fənərbaxça” Avstriya toplanışını qələbə ilə başa vurdu

“Fənərbaxça” Avstriya toplanışını qələbə ilə başa vurdu

“Fənərbaxça” yeni mövsümə hazırlıq çərçivəsində Avstriyadakı son yoxlama oyununu keçirib.

QELEBE.AZ xəbər verir ki, İsmail Kartalın baş məşqçisi olduğu komanda LASK-la qarşılaşıb.

Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Fənərbaxça”nın qollarını İrfan Can Kahveci və Kerem Aktürloğlu vurublar.

Qeyd edək ki, “Fənərbaxça” Avstriya toplanışında “Admira Vakker”ə 5:0, “Poqon”a 4:0, LASK-a isə 2:1 hesabı ilə qalib gəlib.