"Yunayted"dən qapıçı transferi - RƏSMİ

"Yunayted"dən qapıçı transferi - RƏSMİ

"Mançester Yunayted" heyətini yeni qapıçı ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, "qırmızı şeytanlar" Karl Darlounu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı uelsli qolkiperlə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Karl Darlounun son klubu "Lids Yunayted" olub.