Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

“Bu mövsüm avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq. Futbolçularıma necə güvənirdimsə, indi də elədir”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

50 yaşlı mütəxəssis bildirib ki, güclü komandalardan biri ilə qarşılaşacaqlar: “Konfrans Liqasının pley-off mərhələsində bütün potensial rəqiblərimiz güclü idi. Ötən il olduğu kimi, bu il də ilk olaraq bizim rəqibimiz müəyyənləşdi. “Gent" ciddi rəqibdir. Belçika futbolu milli komanda səviyyəsində uğurlar əldə edib. Son illərdə klub səviyyəsində inkişaf göz önündədir. Bu mövsüm Belçikanın digər təmsilçisi “Brügge” Çempionlar Liqasında güclü komandaların yer aldığı qrupda 2-ci yeri tutaraq, mərhələ adlamağı bacarıb. Bu isə onların çempionatlarının, klublarının gücündən və rəqabətindən xəbər verir”.

Təcrübəli çalışdırıcı vurğulayıb ki, oyunlara qədər qarşıda xeyli vaxt var: “Futbolçularımıza hər xırda elementi düzgün izah edəcəyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İlk oyunumuz evdə olacaq. İnanıram ki, həm evdə, həm də səfərdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Gent” oyunu 2023-cü il fevralın 16-da baş tutacaq. Bir həftə sonra rəqiblər Belçikada üz-üzə gələcək.

Futbol
Lionel Messi dünyada ilin idmançısı seçilib

Lionel Messi dünyada ilin idmançısı seçilib

Futbol
FIFA prezidenti: "Futbol dünyası şok vəziyyətinə düşüb"

FIFA prezidenti: "Futbol dünyası şok vəziyyətinə düşüb"

Futbol
Futbol agenti: "Olimpiakos"un təhqiramiz hərəkət edən azarkeşləri cavablarını aldılar"

Futbol agenti: "Olimpiakos"un təhqiramiz hərəkət edən azarkeşləri cavablarını aldılar"

Futbol
"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

Futbol
UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb

UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb

Futbol
"Qarabağ" – "Olimpiakos" oyununu ingiltərəli hakimlər idarə edəcək

"Qarabağ" – "Olimpiakos" oyununu ingiltərəli hakimlər idarə edəcək

Futbol
“Qarabağ” Avropanın ilk “10-luğ”una düşüb

“Qarabağ” Avropanın ilk “10-luğ”una düşüb

Futbol
“Neft Daşları”nda “Neftçi” Futbol Klubu ilə neftçilər arasında yoldaşlıq görüşü keçirilib

“Neft Daşları”nda “Neftçi” Futbol Klubu ilə neftçilər arasında yoldaşlıq görüşü keçirilib

Futbol
Pelenin səhhəti yenidən pisləşib

Pelenin səhhəti yenidən pisləşib

Futbol
"Neftçi"də oynamış məşhur futbolçu karyerasını Kambocada davam etdirə bilər

"Neftçi"də oynamış məşhur futbolçu karyerasını Kambocada davam etdirə bilər

Futbol
Frank Riberi karyerasını başa vurub

Frank Riberi karyerasını başa vurub

Futbol
"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib

"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib