“Neft Daşları”nda “Neftçi” Futbol Klubu ilə neftçilər arasında yoldaşlıq görüşü keçirilib

“Neft Daşları”nda “Neftçi” Futbol Klubu ilə neftçilər arasında yoldaşlıq görüşü keçirilib

“Neftçilər Günü” və “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) 85 illiyi münasibətilə “Neftçi” PFK ilə neftçilər arasında “Neft Daşları”nda mini-futbol üzrə yoldaşlıq görüşü keçirilib.

“QELEBE.AZ”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, görüşdə iştirak etmək üçün SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz və rəsmi şəxslərdən ibarət nümayəndə heyəti “Neft Daşları”na səfər edib.

İlk öncə nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Sonra Ulu Öndərin adını daşıyan muzey ilə tanış olan nümayəndə heyətinə ümummilli liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar, habelə ictimai-siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş kitablar haqqında ətraflı məlumat verilib.

Qəri Counz muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb.

Səfər çərçivəsində görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi, Xəzəri fəth edərkən dənizdə həlak olan neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş neftçilərin abidə kompleksini ziyarət edən nümayəndə heyəti şəhidlərimizin əziz xatirəsini minnətdarlıqla yad edib, daha sonra “Neft Daşları”nın 30 illiyi münasibətilə ucaldılmış kompozisiya ilə tanış olub.

“Neftçi” PFK ilə neftçilər arasında keçirilən mini-futbol üzrə yoldaşlıq görüşünün əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Vətən uğrunda şücaət göstərərək canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Futbolçular topları, neftçilər dəbilqələri qarşılıqlı olaraq bir-birlərinə hədiyyə ediblər.

R. Nəcəf və Q. Counzun da iştirak etdikləri futbol qarşılaşması maraqlı idman mübarizəsi şəraitində keçib. Oyun 5:5 hesablı bərabərliklə başa çatıb.

Sonda oyun müddətinə “Neft Daşları” komandasına baş məqçi olaraq təyin edilən, 42 il “Neft Daşları”nda çalışmış və təqaüd yaşına çatan təcrübəli neftçi Şirinağa Əlizadə “Azneft” İstehsalat Birliyi adından təşəkkürnamə ilə təltif olunub. Təşəkkürnaməni SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdim edib. Həmçinin “Neftçi” PFK adından “Neft Daşları”na futbolçuların imzaladığı oyun forması xatirə olaraq hədiyyə edilib.

Futbol
İsveçrəli futbolçu 34 yaşında vəfat edib

İsveçrəli futbolçu 34 yaşında vəfat edib

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli olub

Futbol
Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Futbol
Belaruslu mütəxəssis: "Azərbaycan futbolu barədə mənfi söz deyə bilmərəm"

Belaruslu mütəxəssis: "Azərbaycan futbolu barədə mənfi söz deyə bilmərəm"

Futbol
"Marsel" - "Sportinq" oyunu tıxac səbəbindən gec başlayıb

"Marsel" - "Sportinq" oyunu tıxac səbəbindən gec başlayıb

Futbol
Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Futbol
“Qalatasaray” “Sivasspor”un futbolçusunu transfer edib

“Qalatasaray” “Sivasspor”un futbolçusunu transfer edib

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

Futbol
Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Futbol
Millinin sabiq oyunçusu: "Yatanda da Ermənistanla matç haqqında düşünürdük"

Millinin sabiq oyunçusu: "Yatanda da Ermənistanla matç haqqında düşünürdük"

Futbol
AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

Futbol
Braziliyalı futbolçu: "Qarabağ"ı "Olimpiakos"dan daha yaxşı tanıyıram"

Braziliyalı futbolçu: "Qarabağ"ı "Olimpiakos"dan daha yaxşı tanıyıram"