Gəncə şəhər stadionunda tablo problemi: "Fors-major hallarda cərimə nəzərdə tutulmur"

Gəncə şəhər stadionunda tablo problemi: "Fors-major hallarda cərimə nəzərdə tutulmur"

"Peşəkar Futbol Liqasının əsasnaməsi pozulubsa, klub cərimələnməlidir. Yalnız fors-major hallarda cərimə nəzərdə tutulmur".

Bunu "Report"a açıqlamasında AFFA İntizam Komitəsinin (İK) sədri Erkin Hüseynov Gəncə şəhər stadionunda "Kəpəz" və "Neftçi" komandaları arasında Azərbaycan Premyer Liqasının X tur oyununda elektron tablonun işləməməsi ilə bağlı danışarkən deyib.

O, qərarın AFFA nümayəndəsinin protokoluna əsasən veriləcəyini bildirib: "Məsələn, tablo bir ədəddir. O da düşüb qırılıb. Batareyanın gücü çatmayıb və tablo yanmayıb. Bütün bunlar fors-major hallardır".

"Nümayəndə elektron tablonun işləməməsi ilə bağlı qeydiyyatını aparıbsa, mövzu İntizam Komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Hələlik, protokol mənə gəlməyib. Gəldikdən sonra araşdıracağıq. AFFA nümayəndəsi qeydiyyat aparıbsa, mütləq müzakirə olacaq".

Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov isə qarşılaşmadan əvvəl Gəncə şəhər stadionunda hərtərəfli təftiş apardıqlarını xatırladıb: "Buraya tribunadan, ot örtüyündən, soyunub-geyinmə otaqlarından tutmuş, bütün detallar daxil idi. İlk oyun olmasına baxmayaraq, hər hansı bir qlobal problem yaranmadı.
Elektron tablo məsələsinə gəldikdə, oyundan öncə hakimlər tərəfindən yoxlanılmışdı və hər şey qaydasında idi. Sadəcə, matç davam edərkən hakimə təqdim edilən zaman ehtiyatsızlıq nəticəsində əldən düşmüş və nasazlıq yaranmışdı. Aradan qaldırılmasına çalışsaq da, alınmadı. Nəticə etibarilə, alternativ yollara əl atdıq və oyunun gedişinə mane olmadı. Ehtiyat tablo Premyer Liqa üçün yararsız olduğuna görə, kluba növbəti oyuna qədər bu problemin aradan qaldırılmasının vacibliyini bildirdik. İş varsa, problemlər də qaçılmazdır".

Qeyd edək ki, görüş "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə bitib. Baş hakim Tural Qurbanov oyunçu əvəzləmələrini və hissələrə artırdığı vaxtı tamaşaçılara göstərə bilməyib. Əvəzetmələr əl işarələri ilə aparılıb.

Futbol
Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Futbol
Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Futbol
Avropa Parlamentinin deputatı: "Qarabağ" böyük potensiala malik klubdur"

Avropa Parlamentinin deputatı: "Qarabağ" böyük potensiala malik klubdur"

Futbol
"Neftçi" hücumçusu ilə yollarını ayırıb

"Neftçi" hücumçusu ilə yollarını ayırıb

Futbol
PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib

PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib

Futbol
Qurban Qurbanov: "Möhtəşəm il keçirdik"

Qurban Qurbanov: "Möhtəşəm il keçirdik"

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Futbol
“Galatasaray” “Fenerbahçe”ni səfərdə 3:0 məğlub edib

“Galatasaray” “Fenerbahçe”ni səfərdə 3:0 məğlub edib

Futbol
Messi dünya rekordunu təkrarlayıb

Messi dünya rekordunu təkrarlayıb

Futbol
Dünyanın ən yaxşı hakimi bəlli olub

Dünyanın ən yaxşı hakimi bəlli olub

Futbol
Azərbaycan Premyer Liqası: Ev oyunlarına ən çox tamaşaçı toplayan komandalar - ARAŞDIRMA

Azərbaycan Premyer Liqası: Ev oyunlarına ən çox tamaşaçı toplayan komandalar - ARAŞDIRMA

Futbol
Ronaldo yeni klubu ilə anlaşır

Ronaldo yeni klubu ilə anlaşır