Ameddən yeni transfer – Türkiyə millisinin sabiq üzvü

Ameddən yeni transfer – Türkiyə millisinin sabiq üzvü

Türkiyənin "Amed" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Super Liqanın debütantı sol cinah müdafiəçisi Umut Meraşı transfer edib.

30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, son olaraq "Eyüpspor"un formasını geyinirdi.

Qeyd edək ki, Umut Meraş 2025/2026 mövsümündə "Eyüpspor"un heyətində bütün turnirlərdə 21 oyunda iştirak edib. O, karyerası ərzində "Bursaspor", "Le Havr" və "Beşiktaş" klublarında da çıxış edib, həmçinin Türkiyə millisində 15 oyun keçirib.