Mbappe: “Kifayət qədər yaxşı deyildik”
Fransa millisinin kapitanı Kilian Mbappe 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya 0:2 hesablı məğlubiyyəti şərh edib.
Apasport.az xəbər verir ki, hücumçu komandasının matçda öz oyununu göstərə bilmədiyini bildirib:
“Düşünürəm ki, həm texniki, həm də taktiki baxımdan öz oyunumuzu oynamadıq. Dünya çempionatının yarımfinalında etməli olduğunuz işləri görmədikdə qalib gələ bilməzsiniz. İspaniya isə öz oyun planına sadiq qaldı”.
Mbappe Fransa millisinin finala yüksəlməyə layiq olmadığını etiraf edib:
“Düzünü desəm, finala çıxmaq üçün kifayət qədər yaxşı deyildik. Arzumuz finala yüksəlmək idi, amma alınmadı”.
Qeyd edək ki, Fransa millisi üçüncü yer uğrunda görüşdə İngiltərə – Argentina matçında məğlub olan komanda ilə qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/mbappe-kifayet-qeder-yaxshi-deyildik.webp