Təmkin Xəlilzadə: “Avropa çempionluğunun təsadüf olmadığını sübut etməyə gedirik”

Təmkin Xəlilzadə: “Avropa çempionluğunun təsadüf olmadığını sübut etməyə gedirik”

“Dünya çempionatına Avropa çempionluğunun təsadüf olmadığını sübut etməyə gedirik”.

“Report”un məlumatına görə, bunu minifutbol üzrə Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına yüksək səviyyədə hazırlaşdıqlarını bildirib: “Ab-hava çox yaxşıdır, turnirə yüksək səviyyədə hazırlaşmışıq. Antalyada iki həftəlik təlim-məşq toplanışımız oldu. Minifutbol mənim üçün təzə səhifədir, çox maraqlıdır. Çempionlar Liqasında fərqli ab-hava hökm sürürdü. İndi isə millinin heyətində çıxış edəcəyik. Azərbaycan adı olan yerdə həmişə can-başla kömək etməyə hazırıq”.

T.Xəlilzadə mundialda qarşıya qoyulan hədəfdən də söz açıb: “Rəqiblər barədə elə də geniş məlumatım yoxdur. Mundiala son Avropa çempionu kimi yollanırıq. İlk məqsədimiz qrupdan çıxmaqdır. Ondan sonra gücümüz çatan qədər ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq”.

Böyük futboldan minifutbola gəldiyini xatırladan keçmiş müdafiəçi bunun ona ciddi çətinlik yaratmadığını vurğulayıb: “10 il böyük futbolla məşğul olmuşam. Böyük futbolla minifutbolda sistem tam fərqlidir. Ancaq mənə heç bir çətinlik yaratmır. Çünki futbolçu dönəmlərimdə də ara-sıra özümüz toplaşaraq minifutbol oynayırdıq. Elə xırda detallar var ki, böyük futbolda onu sığortalamaq mümkündür. Ancaq minifutbolda adi səhv qola səbəb olur. Xüsusən də standart vəziyyətlər zamanı səhvin sığortası olmur”.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.

Futbol
Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Futbol
Murad Musayev: "Futbolçular qələbə üçün nəzərdə tutulan mükafatı alacaqlar"

Murad Musayev: "Futbolçular qələbə üçün nəzərdə tutulan mükafatı alacaqlar"

Futbol
İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib

İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib

Futbol
UEFA "Qarabağ"la bağlı paylaşım edib

UEFA "Qarabağ"la bağlı paylaşım edib

Futbol
Portuqaliya millisinin futbolçusu yeni nailiyyətlərə imza atıb

Portuqaliya millisinin futbolçusu yeni nailiyyətlərə imza atıb

Futbol
Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Futbol
AFFA Mirbağır İsayevin cəzasını azaldıb

AFFA Mirbağır İsayevin cəzasını azaldıb

Futbol
Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Futbol
Rusiyalı baş məşqçinin Qazaxıstan millisindəki taleyinə aydınlıq gəlib

Rusiyalı baş məşqçinin Qazaxıstan millisindəki taleyinə aydınlıq gəlib

Futbol
Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Futbol
"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"