Qurban Qurbanov: Futbolçularıma iradım yoxdur

Qurban Qurbanov: Futbolçularıma iradım yoxdur

“Samir Abasovu qələbə münasibəti ilə təbrik edirəm və uğurlar arzulayıram. Məğlub olmaq istəməzdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

51 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXXV turunun “Sumqayıt”la ev oyunundan sonra mətbuat konfransında görüş haqda fikirlərini bildirib: “Amma futbolda belə hallar, nəticələr olur. Baxımlı oyun olduğunu da, deməzdim. Hava isti idi, motivasiya da tam çatmırdı. Hər bir halda, futbolçular çox əziyyət çəkdi. Məğlub olanda, oyun da tam alınmayanda, meydanda və oyundan sonra da əziyyət çəkirlər. Mövsümün sonuna yaxınlaşırıq. Futbolçularıma bildirəcək iradım yoxdur. Qarşıdakı oyuna hazırlaşacağıq”.

- Futbolçuları bağışlamaq olar?

- Nə ediblər ki? Futbolçularımı çox istəyirik. Onlar bu günə qədər hamının sevgisini qazanıblar, hamının üzünü ağ ediblər, hamımız onlara güvənirik və təşəkkür edirik. Məğlubiyyətsiz idman növü və məğlubiyyətsiz çempionat yoxdur. Uduzmuşuq. Amma maksimum istəyimizə çatmışıq. Futbolçuları daha da yaxşı səviyyəyə qaldırmaq istəyirik.

- Çempionlar Liqasının hazırlıq planı hazırdır?

- Tam yox. Ümumən bəllidir. Ola bilər ki, 1-2 xırda detalda dəyişiklik olsun. Demək olar ki, hazırlıq planı hazırdır.

- Mətbuatda xəbərlər yayılıb ki, dəyəri 5 milyon avro olan futbolçularla maraqlanırsınız...

- Mən bu cür xəbər oxumamışam. Qarşıma çıxmayıb. Beş milyona futbolçu almaq o demək deyil ki, problemimiz həll olundu və o demək deyil ki, həmin oyunçu gəlib biz istəyəni verəcək. Transferlə bağlı işlər davam edir. Böyük məbləğə olan futbolçuların axtarışı yoxdur.

Qeyd edək ki, “Qarabağ” öz meydanında 1:2 hesabı ilə uduzub.

Futbol
“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT - VİDEO

“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT - VİDEO

Futbol
"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

Futbol
Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Futbol
Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb

Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb

Futbol
İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib

İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib

Futbol
Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Futbol
“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

Futbol
Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Futbol
Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin şikayətini təmin edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin şikayətini təmin edib

Futbol
İspaniyalı futbolçu: "Qarabağ"la oyunda qələbəyə layiq idik"

İspaniyalı futbolçu: "Qarabağ"la oyunda qələbəyə layiq idik"

Futbol
Vild-Donald Gerye: “Qarabağ” bütün rəqiblərinə Bakını cəhənnəmə çevirir”

Vild-Donald Gerye: “Qarabağ” bütün rəqiblərinə Bakını cəhənnəmə çevirir”