“Şamaxı”da növbəti vida - RƏSMİ

“Şamaxı”da növbəti vida - RƏSMİ

“Şamaxı” daha bir futbolçusu ilə vidalaşıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirlib ki, Vladislav Veremeyevlə yollar ayrılıb. Ukraynalı müdafiəçinin bölgə təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb.

Qeyd edək ki, Veremeyev 2025-ci ilin yanvar ayından “Şamaxı”da çıxış edirdi.