Millimiz 1/8 finala vəsiqə qazandı
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, millimiz Fransa seçməsi ilə qarşılaşıb.
Təmsilçilərimiz bu matçda Fransa yığmasının qapısından 3 top keçirib - 3:1.
Bununla da Azərbaycan millisi F qrupunun lideri kimi 1/8 finala yüksəlib. Komandamız burada Qazaxıstan yığması ilə qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/millimiz-18-finala-vesiqe-qazandi.webp