“Bavariya” rəsmisi: “Bu, insan faciəsidir”
Almaniyanın “Bavariya” klubunun idman məsələləri üzrə idarə heyətinin üzvü Maks Eberl Camal Musialanın növbəti dəfə zədələnməsinə münasibət bildirib.
Apasport.az xəbər verir ki, klub rəsmisi yarımmüdafiəçiyə dəstək olduqlarını vurğulayıb:
“Bu, insan faciəsidir. Hazırda Camala hər şeydən bir qədər uzaqlaşmaq və daha güclü qayıtmaq üçün vaxt və imkan veririk. Klubda hamımız sakitliyin və birliyin olmasını istəyirik. Bu barədə artıq kifayət qədər danışılıb”.
Qeyd edək ki, Musialanın 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

https://qelebe.az//uploads/photo/bavariya-resmisi-bu-insan-faciesidir.webp