"Hall Siti"dən növbəti qələbə: 3 xal 3 qolla gəldi
İngiltərə Premyer Liqasının XII turunun oyunları davam edir.
Apasport.az xəbər verir ki, Acun Ilıcalının komandası “Hall Siti” səfərdə “Kristal Pelas”ın qonağı olub.
Beş qolun vurulduğu qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Mersisayd derbisində “Everton”la “Liverpul” heç-heçə edib. “Nyukasl” və “Tottenhem” isə səfər qələbəsinə seviniblər.
Turun mərkəzi qarşılaşmasında “Arsenal” “Mançester Siti”ni qəbul edəcək.
İngiltərə Premyer Liqası
XII tur
29 noyabr
“Everton” – “Liverpul” – 1:1
“Brayton” – “Nyukasl” – 0:1
“Kristal Pelas” – “Hall Siti” – 2:3
“Fulhem” – “Bornmut” – 1:2
“Sanderlend” – “Tottenhem” – 0:2

https://qelebe.az//uploads/photo/quothall-sitiquotden-novbeti-qelebe-3-xal-3-qolla-geldi.webp