Azərbaycan futbolunda inanılmaz hesab – Bir futbolçu 12 qol vurdu!

Azərbaycan futbolunda inanılmaz hesab – Bir futbolçu 12 qol vurdu!

Azərbaycan II Liqasının XIII turunda fantastik hesab qeydə alınıb.

Apasport.az xəbər verir ki, “Qaradağ Lökbatan” doğma meydanda “Şəki”ni 18:0 hesabı ilə məğlub edib.

Lökbatan OİK stadionunda keçirilən qarşılaşmanın qəhrəmanı isə Əli Əlizadə olub. Futbolçu rəqib qapısından 12 top keçirib. O, matçın 9, 15, 18, 29, 43, 58, 61, 64, 65, 71, 80 və 84-cü dəqiqələrində fərqlənib.

Meydan sahibləri qarşılaşmanın ilk hissəsini 8:0 hesabı ilə öndə başa vurublar. Fasilədən sonra daha 10 qol vuran Lökbatan təmsilçisi darmadağınla yadda qalıb.