ÇL: PSJ çempion - YENİLƏNİB
UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünə yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün turnirin final görüşü keçirilib.
Həlledici dueldə PSJ "Arsenal"la üz-üzə gəlib. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Gərgin keçən matçın əsas vaxtı 1:1 hesablı heç-hrçə ilə yekunlaşıb. Qalibi bəlli etmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Paris təmsilçisi rəqibini 4:3 hesabı ilə məğlub edib və turnirin qızıl medallarına yiyələnib.
UEFA Çempionlar Liqası
Final
30 may
PSJ (Fransa) - "Arsenal" (İngiltərə) 1:1 pen. 4:3
PSJ: 39. Matvey Safonov, 2. Əşrəf Hakimi, 5. Markinyos (k), 51. Villian Paço, 25. Nunu Mendeş, 87. Joau Neveş, 17. Vitinya, 8. Fabian Ruis, 14. Desire Due, 7. Xviça Kvaratsxeliya, 10. Usman Dembele
Baş məşqçi: Luis Enrike
"Arsenal": 1. David Raya, 5. Pyero İnkapye, 6. Qabriel Maqalyaes, 3. Villiam Saliba, 3. Kristian Moskera, 49. Mayls Lyuis-Skelli, 41. Deklan Rays, 8. Martin Edeqor (k), 19. Leandro Trossard, 7. Bukayo Saka, 29. Kay Haverts
Baş məşqçi: Mikel Arteta

https://qelebe.az//uploads/photo/chl-psj-chempion-yenilenib.webp