Fransalı sabiq futbolçu vəfat edib

Fransalı sabiq futbolçu vəfat edib

“Lion”un sabiq futbolçusu Brian Berqunyo vəfat edib.

QELEBE.AZ xəbər verir ki, mərhum oyunçu 43 yaşında dünyasını dəyişib.

Brian 2023-cü ildən xərçəng xəstəsi idi.

Qeyd edək ki, fransalı oyunçu 2001-2005-ci illərdə “Lion”un formasını geyinib. O, “Tuluza”, “Leççe”, “Omoniya” kimi klublarda da çıxış edib.