Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu Kevin Medinanın "Report"un Almaniyanın Frayburq şəhərinə ezam olunmuş əməkdaşına müsahibəsi

- Zədədən sonra komanda ilə birlikdə Almaniyaya səfər etmisiniz. Hazırda durumunuz necədir?

- Özümü çox yaxşı hiss edirəm. Hətta gözlədiyimdən də yaxşıyam. İstənilən situasiyaya hazıram.

- Yaşıl meydanlara qayıdacağınız vaxt bəllidirmi?

- Məndən asılı olsa, "Fraybur"a qarşı görüşdə meydana girmək və komandama kömək etmək istərdim. Zədəm gözlənildiyindən tez bərpa olundu. Hər şey yaxşı gedir. Baş məşqçi, fizioterapeftlər və fiziki hazırlıq üzrə məşqçilərin mənimlə bağlı uyğun planları var. Onlar nə vaxt məsləhət görsələr, həmim an meydana çıxıb oynayarıq.

- "Qarabağ" sabah UEFA Avropa Liqasının qrup mərhələsində ilk qarşılaşmasına çıxacaq. Lakin siz komandanıza kömək edə bilməyəcəksiniz. Hansı hissləri keçirirsiniz?

- Əlbəttə, komandama belə vacib görüşlərdə kömək edə bilməmək insanda neqativ hisslər oyadır. Kömək etmək istəyirsən, amma əlindın bir şey gəlmir. Yenə deyirəm, zədəm gözlədiyimizdən də tez sağalır. Bunun da səbəbi var: Mən də çox çalışdım. Mümkün qədər tez sıraya dönmək üçün hər gün işləyirdik. Məndən olsaydı, qarşıdakı matçda oynayardım. Əlimdən gələni edəcəyəm ki, baş məşqçi növbəti matçda mənə güvənə bilsin.

- "Frayburq"la səfər matçında komandanızın şanslarını necə dəyərləndirirsiniz?

- Hansı komandaya qarşı oynayacağımızın fərqindəyik. Almaniya təmsilçisi Bundesliqaya yaxşı başlayıb, hazırda da liderdir. Düşünürəm ki, bizim də yaxşı komandamız var və rəqibi yetərincə analiz etmişik, onların gücünə bələdik. Bu matçda şansımızın olduğunu düşünürəm. Futbolda hər nəticəni gözləmək olar. Yaxşı nəticə qazanacağımıza ümidvaram. Amma hər şey meydanda görünəcək.

- Qrupdakı digər komandalar - Yunanıstan "Olimpiakos"u və Fransa "Nant"ı barədə nə deyə bilərsiniz?

- Bu qrupu özümüz üçün uyğun hesab edirəm. Hər komandanın özünəməxsus adı və çəkisi var. "Qarabağ"da da belədir, çünki qrupadək Polşa, İsveçrə, Macarıstan çempionlarını sıradan çıxarmışıq. Qrupdakı rəqiblər də necə komandaya qarşı mübarizə aparacaqlarının fərqindədirlər. Ümumi götürsək, bir az qəliz qrupdur. Şəxsən bu rəqiblərə qarşı oynamağı çox istəyərdim.

- Ardıcıl bir neçə qarşılaşmada müdafiənin mərkəzində Bədavi Hüseynovla Bəhlul Mustafazadə çıxış edib. Onları oyununu necə dəyərləndirirsiniz?

- Bu qarşılaşmalar göstərdi ki, Bədavi - Bəhlul cütlüyü belə matçlara hazırdır. Hər iki stopperin məşqlərdə bizimlə birlikdə necə çalışdıqlarını görürdük. Onlar üçün də məqam gəldi, yetişdi. Öz performanslarını oyundan-oyuna artırırdılar.

- İbrahima Vadjinin gedişindən sonra azarkeşlər hücum xəttinə transfer olunmadığı üçün komandanın uğursuzluqla üzləşəcəyini düşünürlər. Sizcə, bu heyət Avropa Liqasında mübarizə aparmaq üçün yetərlidir?

- Vadji komandanın önəmli parçası idi, vurduğu qollarla qələbə qazanmağımıza çox kömək edirdi. Amma komandaya yeni qoşulanda heç də gözlənilənləri vermirdi. Zaman keçdikcə uyğunlaşdı və daha önəmli fiqura çevrildi. Amma nəzərə alaq ki, Vadji gələnədək də komandada bu uğur trayektoriyası var idi. Sırf hər şeyi Vadji ilə əlaqələndirmək olmaz. Komandada Kvabena Ovusu, Ramil Şeydayev, Musa Qurbanlı kimi hər zaman fürsət gözləyən digər hücumçular da var. Həyatda da belədir: hər kəs öz şansını gözləyir ki, fürsətdən istifadə etsin.

Futbol
"Qarabağ" azarkeşləri Yunanıstanda hücuma məruz qalıb

"Qarabağ" azarkeşləri Yunanıstanda hücuma məruz qalıb

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Futbol
Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Futbol
"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

Futbol
İngiltərə çempionatının oyunları II Elizabetin ölümünə görə təxirə salınıb

İngiltərə çempionatının oyunları II Elizabetin ölümünə görə təxirə salınıb

Futbol
“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

Futbol
Rusiya klubunun baş məşqçisi istefaya göndərilib

Rusiya klubunun baş məşqçisi istefaya göndərilib

Futbol
Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Futbol
Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Futbol
Üç klub kənar şəxslərə, "Sumqayıt" futbolçusuna görə cərimələnib

Üç klub kənar şəxslərə, "Sumqayıt" futbolçusuna görə cərimələnib

Futbol
"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

Futbol
DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb

DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb