DÇ-2026: Kanada millisinin heyəti açıqlanıb
Kanada milli komandasının DÇ-2026 üçün yekun heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Qapıçılar: Maksim Krepo (“Orlando Siti”, ABŞ), Ouen Qudman (“Kristal Pelas”, İngiltərə), Deyn Sent-Kler (“İnter Mayami”, ABŞ);
Müdafiəçilər: Moyze Bombito (“Nitsa”, Fransa), Derek Kornelius (“Marsel”, Fransa), Alfonso Deyvis (“Bayern”, Almaniya), Luk De Fuqerolles (“Fulhem”, İngiltərə), Alistair Conston (“Seltik”, Şotlandiya), Alfi Cons (“Middlsbro”, İngiltərə), Riçi Laryea (“Toronto”, ABŞ), Niko Siqur (“Hayduk”, Split, Xorvatiya), Coel Uoterman (“Çikaqo”, ABŞ);
Yarımmüdafiəçilər: Əli Əhməd (“Norviç”, İngiltərə), Tecon Bukanan (“Vilyarreal”, İspaniya), Matye Şoyner (“Los Anceles”, ABŞ), Stiven Estakio (“Portu”, Portuqaliya), Marselo Flores (“Tiqres”, Meksika), İsmael Kone (“Sassuolo”, İtaliya), Liam Millar (“Hall Siti”, İngiltərə), Conatan Osorio (“Toronto”, ABŞ) Yakob Şaffelburq (“Los Anceles”, ABŞ);
Hücumçular: Conatan Devid (“Yuventus”, İtaliya), Promis Devid (“Union”, Belçika), Kayl Larin (“Malyorka”, İspaniya), Tani Oluvaseyi (“Vilyarreal”, İspaniya).
Qeyd edək ki, Kanada millisi yayda keçiriləcək dünya çempionatında B qrupunda Bosniya və Herseqovina, Qətər və İsveçrə yığmaları ilə mübarizə aparacaq.

https://qelebe.az//uploads/photo/dch-2026-kanada-millisinin-heyeti-achiqlanib.webp