Atletimiz Azərbaycan rekordunu yeniləyib - FOTO

Atletimiz Azərbaycan rekordunu yeniləyib - FOTO

Bu gün Monakoda atletika üzrə Avropanın kiçik ölkələrinin çempionatı keçirilib.

QELEBE.AZ xəbər verir ki, Kiçik Avropa Dövlətləri Atletika Assosiasiyasının təşkilatçılığı və Avropa Atletikasının dəstəyi ilə baş tutan yarışda 17 ölkədən 300-ə yaxın idmançı mübarizə aparıb.

II Lui stadionunda keçirilən çempionatda milli komandamızın üzvləri uğurlu çıxışla yadda qalıb. Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda 11.91 saniyə göstərici ilə 2-ci yeri tutub. 400 metr məsafəyə qaçışda İlahə Quliyeva 54.64 saniyə nəticə ilə bürünc medal qazanıb.

Quliyeva bu göstərici ilə Azərbaycan rekordunu da yeniləyib.

Nüvəitələmə növündə isə Səkinə Hacızadə 12.78 metr nəticə ilə 3-cü olub.

Lamiyə Vəliyeva, İlahə Quliyeva, Safiya Kərimova və Fəridə Rzayevadan ibarət komandamız isə İsveç estafetində bürünc medallara sahib çıxıb.