La Liqa klubunda yeni təyinat - RƏSMİ
“Espanyol” yeni baş məşqçisini açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, Kataloniya təmsilçisi Eder Sarabia ilə anlaşıb.
Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalanıb.
Xatırladaq ki, “Espanyol” İspaniya Kubokunda IV liqa təmsilçisi “Sestao”ya 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqdan sonra Manolo Qonsaleslə yollarını ayırıb. Komanda 2026/27 mövsümündə keçirdiyi 11 oyunun yalnız ikisində qələbə qazanıb.
Qeyd edək ki, Eder Sarabia daha əvvəl “Las-Palmas”, “Betis” və “Barselona” klublarında Kike Setyenin köməkçisi kimi çalışıb. O, baş məşqçi kimi isə “Andorra” və “Elçe” komandalarına rəhbərlik edib.

https://qelebe.az//uploads/photo/la-liqa-klubunda-yeni-teyinat-resmi.webp