Qurban Qurbanov: "İkinci qolu vurduqdan sonra konsentrasiyanı itirdik"

Qurban Qurbanov: "İkinci qolu vurduqdan sonra konsentrasiyanı itirdik"

"İkinci qolu vurduqdan sonra konsentrasiyanı itirdik".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Azersun Arena"da "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXI tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis matçın maraqlı və dramatik alındığını bildirib: "Azarkeşlər bu cür görüşləri sevirlər. Qələbə qazanmaq istəyirdik. Yaxşı hazırlaşmışdıq, amma "Zirə" sonadək inamlı mübarizə apardı. Hər iki komanda bir xala layiq idi".

O, qarşılaşma ərzində oyunçu dəyişikliyindən istifadə etməməsinin səbəbini də açıqlayıb: "Oyun ümumilikdə yaxşı keçdi. Baxımlı hücumlar qurduq, topa nəzarət etdik. Bəzi futbolçular uzun müddətdir oynamırlar. Bu səbəbdən onları riskə atmamaq qərarına gəldim. Ritmi itirə bilərdilər. Hər matçda rotasiya edirik, amma bəzən oyunçunu 90 dəqiqə meydanda saxlamaq lazımdır".

Qurbanovun sözlərinə görə, ardıcıl ikinci oyunda qalib gələ bilməmələrinin xüsusi səbəbi yoxdur: "Bəzən komandada səhvlər olur. Rəqiblərimiz bizimlə matçlara ciddi yanaşırlar. Ümumiyyətlə, oyunumuzdan, yanaşmamızdan razı qaldım. Bu ruhda davam etsək, qələbələr də olacaq".

Təcrübəli baş məşqçi İtaliyanın "Torino" klubunun oğlu Musa Qurbanlı ilə maraqlanması barədə mətbuatda yayılan xəbərlərə də toxunub: "Belə bir təklif yoxdur. Olsa, sizə də xəbər verəcəyik".

Futbol
"Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

"Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

Futbol
"Qəbələ" - "Sabah" oyununda insident baş verib

"Qəbələ" - "Sabah" oyununda insident baş verib

Futbol
"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

Futbol
Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib

Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib

Futbol
PSJ-nin prezidenti: "Messi komandada qalmaq istəyir"

PSJ-nin prezidenti: "Messi komandada qalmaq istəyir"

Futbol
Levandovski dünya çempionatının favoritini açıqlayıb

Levandovski dünya çempionatının favoritini açıqlayıb

Futbol
Belçika millisinin baş məşqçisi istefa verib

Belçika millisinin baş məşqçisi istefa verib

Futbol
Premyer Liqa: "Sabah" qələbə qazanaraq "Qarabağ"la xal fərqini azaldıb

Premyer Liqa: "Sabah" qələbə qazanaraq "Qarabağ"la xal fərqini azaldıb

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Futbol
Erməni təxribatı zamanı şəhid olan hərbçilərin beşi futbolçu imiş

Erməni təxribatı zamanı şəhid olan hərbçilərin beşi futbolçu imiş

Futbol
UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

Futbol
Ronaldu ABŞ klubundan imtina edib, təklif "Əl Nəsr"dəki müqaviləyə bərabər olub

Ronaldu ABŞ klubundan imtina edib, təklif "Əl Nəsr"dəki müqaviləyə bərabər olub