Türkiyə Super Liqası: “Qalatasaray” “Samsunspor”u məğlub edib
Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Samsunspor”la qarşılaşıb.
İstanbul təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.
Görüşdə hesabı 4-cü dəqiqədə Lukas Torreyra açıb. Yunus Akgün 53-cü dəqiqədə fərqi iki topa çatdırıb. Qonaqların heyətində isə 57-ci dəqiqədə Məhəmməd Bayo fərqlənib.
Qeyd edək ki, XII turun qarşılaşmasından sonra “Qalatasaray”ın xalları 31-ə çatıb və komanda liderliyini qoruyub. “Samsunspor” isə 7 xalla 17-ci pillədə qərarlaşıb.

https://qelebe.az//uploads/photo/turkiye-super-liqasi-qalatasaray-samsunsporu-meglub-edib.webp











