Qelebə.az / Türkiyə Super Liqası: “Qalatasaray” “Samsunspor”u məğlub edib

Türkiyə Super Liqası: “Qalatasaray” “Samsunspor”u məğlub edib

Bu gün, 19:03

Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Samsunspor”la qarşılaşıb.

İstanbul təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.

Görüşdə hesabı 4-cü dəqiqədə Lukas Torreyra açıb. Yunus Akgün 53-cü dəqiqədə fərqi iki topa çatdırıb. Qonaqların heyətində isə 57-ci dəqiqədə Məhəmməd Bayo fərqlənib.

Qeyd edək ki, XII turun qarşılaşmasından sonra “Qalatasaray”ın xalları 31-ə çatıb və komanda liderliyini qoruyub. “Samsunspor” isə 7 xalla 17-ci pillədə qərarlaşıb.

Geri qayıt