"Araz Naxçıvan"ın kapitanı: "Ancaq qələbə qazanmaq haqqında düşünürük"

"Araz Naxçıvan"ın kapitanı: "Ancaq qələbə qazanmaq haqqında düşünürük"

"Ancaq qələbə qazanmaq haqqında düşünürük. Bunu bacaracağımıza inanıram".

"Report"un məlumatına görə, "Araz Naxçıvan"ın futzalçısı Fərid Ələkbərov İsveçrə "Orebro"suna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunu ilə bağlı danışarkən deyib.

Oyunçu qalib gələcəklərinə inandığını bildirib: "Kapitan kimi ilk beynəlxalq rəsmi oyunumdur. Yaxşı kollektivimiz var. Son məşqimizi də keçirdik. Artıq matçın başlamasını gözləyirik. Rəqibin matçlarını izləmişik. Uda biləcəyimiz komandadır. Təbii ki, bunun üçün “Araz-Naxçıvan” öz oyununu oynamalıdır. Arxayınlaşmaq olmaz".

Ələkbərov hər şeyin qaydasında olduğunu söyləyib: "4 futzalçımız zədəli idi, onlardan 3-ü - Ramiz Çovdarov, Katatau və Sinese bizə kömək edə biləcək. Atmosfer də yaxşıdır. Baş məşqçinin dediyini düzgün yerinə yetirə bilsək, yekun da istədiyimiz kimi olacaq. Joze Alesio Da Silva bizdən oyun intizamını qorumağı və məşq prosesində taktiki planda etdiklərimizin icrasını istəyir. Məşqdə dediklərinin 80 faizini oyunda yerinə yetirməyimizi istəyir. Biz hətta onun istədiklərinin 50 faizini belə icra edə bilsək, kifayət edəcək".

Qeyd edək ki, bu gün Bosniya və Herseqovinanın Mostar şəhərində oynanılacaq "Araz Naxçıvan" - "Orebro" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Futbol
Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

Futbol
Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Futbol
“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

Futbol
"Yuventus"un sabiq futbolçusu: "Ronaldunun komanda yoldaşına əl qaldırdığı vaxt olub"

"Yuventus"un sabiq futbolçusu: "Ronaldunun komanda yoldaşına əl qaldırdığı vaxt olub"

Futbol
İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

Futbol
Avropa Liqası: "Qarabağ" "Nant"la oyunda hesabı bərabərləşdirib

Avropa Liqası: "Qarabağ" "Nant"la oyunda hesabı bərabərləşdirib

Futbol
Argentina millisinin baş məşqçisi ilə bağlı qərar verilib

Argentina millisinin baş məşqçisi ilə bağlı qərar verilib

Futbol
Ramil Şeydayev Mbappe və Keynə şərik çıxıb

Ramil Şeydayev Mbappe və Keynə şərik çıxıb

Futbol
“Real”da əcnəbi futbolçu qalmayıb

“Real”da əcnəbi futbolçu qalmayıb

Futbol
Riçard Almeyda cəzalı duruma düşüb

Riçard Almeyda cəzalı duruma düşüb

Futbol
"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

Futbol
PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir