Parataekvondoçumuz dünya üçüncüsü olub
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.
QELEBE.AZ xəbər verir ki, idmançımız yarışın ikinci günündə K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparıb.
Paralimpiya çempionumuz 1/8 finalda almaniyalı Kolja Qrabe, 1/4 finalda isə türkiyəli Yusuf Yunaçtını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Həlledici mərhələyə vəsiqə uğrunda meksikalı Xuan Qarsiya ilə qarşılaşan Xəlilov rəqibinə məğlub olub və dünya çempionatının bürünc medalına sahib çıxıb.

https://qelebe.az//uploads/photo/parataekvondochumuz-dunya-uchuncusu-olub.webp











