Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Sentyabrın 27-də Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına start veriləcək.

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 4 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.

Kişilərdən ibarət milli komanda baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında mübarizə aparacaq. Onlar Tiranda Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Pərviz İsgəndərov (63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanova (80 kq) şans verəcəklər.

Qadınlardan ibarət yığmanın baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov çempionatda Sona Ağayeva (46 kq), Qönçə Hüseynli (49 kq), Səidə Əliyeva (53 kq) və Fatimə Məcidovanı (62 kq) sınaqdan keçirəcək.

Yarışda ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli referi, ATF-in baş hakimi Gündüz Abdullayev və Ramal Camalov da yer alacaqlar.

Yığmaya rəhbərliyi ATF-in vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Taekvondoçularımız səfərə sentyabrın 25-də yollanacaqlar.

Komandamız Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatına da qatılacaq. Həmin vaxt komandaya Qaşım Maqomedov, Həmidrza Sədri, Ruslan Seyidov (hər üçü 58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov (hər ikisi 63 kq), Minayə Əkbərova (46 kq), Röya Hacıyeva və Patimat Abakarova (hər ikisi 49 kq) da qoşulacaq. Bu heyət isə Albaniyaya sentyabrın 30-da yola düşəcək.

Qeyd edək ki, taekvondoçularımız ötən həftə Reza Mehmandostun rəhbərliyi altında açıq Sloveniya çempionatında mübarizə aparıb. Komandamız 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Döyüş növləri
Azərbaycanın 9 boksçusu Avropa birinciliyinin 1/4 finalında mübarizə aparacaq

Azərbaycanın 9 boksçusu Avropa birinciliyinin 1/4 finalında mübarizə aparacaq

Döyüş növləri
Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Döyüş növləri
Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Döyüş növləri
Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Döyüş növləri
Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazanıb

Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçuları Millətlər kubokunda mübarizə aparacaq

Azərbaycan boksçuları Millətlər kubokunda mübarizə aparacaq

Döyüş növləri
Azərbaycanın 3 parataekvondoçusu Qran-pridə medal qazanıb

Azərbaycanın 3 parataekvondoçusu Qran-pridə medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Döyüş növləri
Azərbaycan birinciliyində Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşib

Azərbaycan birinciliyində Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşib

Döyüş növləri
Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Döyüş növləri
Azərbaycanın 2 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın 2 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib